Türkiyə boğazı bağlaya bilər, ancaq Rusiyanın hüququ var

Türkiyə bu günə qədər hər dəfə tərəddüd etmədən Montrö Konvensiyasını tətbiq edib. Yəni Türkiyənin iştirak etmədiyi bir müharibədə müharibənin iştirakçısı olan ölkələrlə bağlı görülə biləcək tədbirlər var.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Türkiyə döyüş gəmilərinin boğazlardan keçməsini dayandıra bilər. Lakin Montrö Konvensiyasında başqa bir şey də var. Əgər döyüşən ölkələrin gəmilərinin öz bazalarına qayıtması tələbi varsa, buna icazə verilməlidir. Müharibə vəziyyətini qanuni qəbul etsək, bu proses başlayacaq.

İkincisi, müharibə vəziyyətini qəbul etsək, Montrö kontekstində hərbi gəmilərin keçidi qadağan edəcəyik. Amma biz qadağan etsək də, rusların belə hüququ var. Müqavilə bağlanarkən Rusiya özünə görə maddə qoydurub. 19, 20 və 21-ci maddələr bunları tənzimləyir. Nəhayət, deyir ki, sahilyanı ölkənin gəmisi öz bazasına qayıtmaq tələbi ilə keçmək istəyirsə, icazə verilir”, – Çavuşoğlu bildirib.