Rusiyalı senator Ukraynaya hücumu pislədi

Rusiya Dövlət Dumasının sabiq deputatı, senator, Kommunist Partiyasının üzvü Vyaçeslav Marxayev Rusiyanın Ukraynaya hücumunu kəskin tənqid edib.

Bu barədə o, Feysbuk səhifəsində yazıb.

“Çox təəssüf edirəm ki, “dxr” və “lxr”in tanınması üçün bütün kampaniyanın əvvəlcə gizlədilmiş tamamilə fərqli ideya və planı var idi və nəticədə biz iki dövlət arasında genişmiqyaslı qarşıdurma və müharibə vəziyyətində özümüzü tapdıq.

Qərbin əsassız strategiyasını, ikili standartlar siyasətini, bəyənmədikləri ölkələrdə legitim hakimiyyəti dəyişdirərək öz maraqlarını müdafiə etmələrini, saxta demokratiyanı müdafiə şüarları altında yeni ərazilər ələ keçirmələrini pisləyirəm. Eyni ikili standart üsullarından istifadə etməyə başlayan Rusiya hakimiyyətin də tənqid edirəm”, – deyə Marxayev bildirib.