Ukrayna Gürcüstandan səfirini geri çağırdı

Ukrayna Qırğızıstan və Gürcüstandan səfirlərini geri çağırır.

Axar.az xəbər evrir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Hazırda diplomatlarımız sözünü və beynəlxalq hüquqa münasibəti dəyişən dövlətlərlə bağlı ədalətli və mütləq zəruri qərarlar qəbul edirlər. Ukraynaya qarşı təcavüzə haqq qazandırması səbəbindən məsləhətləşmələr üçün dərhal Qırğızıstandan çəkilirik. Bizə kömək etmək istəyən könüllülərə maneçilik törətdiyinə, sanksiyalarla bağlı xoşagəlməz mövqeyinə görə Gürcüstandan səfiri dərhal geri çağırırıq”, – Zelenski bildirib.