Ukraynaya 100 milyard avro lazımdır – Baş nazir

Avropa Birliyi Ukraynanın bərpası üçün 100 milyard avro ayırmalıdır.

Axar.az xəbər verir ki, bunu Polşa Baş naziri Mateuş Moravetski deyib.

“Bizə Avropa Komissiyasının sədri ilə danışdığım bir bərpa planına ehtiyacımız var. Avropa Birliyi öz hesabına Ukraynanın müharibədə dağıdılmış ərazilərini bərpa etmək üçün 100 milyard avro ayırmalıdır”, – Baş naziri bildirib.

O qeyd edib ki, Ukrayna üçün investisiya paketinin hazırlanması da çox vacibdir. Çünki iqtisadiyyatın yeni investisiyalara, yeni iş yerlərinə ehtiyacı var.