Vətəndaşımız Ukraynada paltarından ocaq qaladı, yandı – Foto

Ukraynada yaşayan vətəndaşımız Subay İbrahimov 2 gün öncə yanıq xəsarətləri alaraq Krakov şəhərindəki SKY Hostelə yerləşdirilib.

Bu barədə Axar.az-a verilən məlumata görə, vətəndaşımız sərhəd məntəqəsində sıra gözləyərkən insanlar soyuqdan donmasın deyə öz paltarlarından ocaq qalayıb və insanları ətrafına yığaraq isinmələrinə kömək edib.

Gözlənilmədən ətrafdakı şəxslərdən biri yanan ocağa bilinməyən maddə atıb və alov bir göz qırpımında şiddətlənərək Subay İbrahimovun üz, alın, qulaq, eləcə də bədəninin digər nahiyələrini yandırıb.

O, çətinliklə sərhədi aşaraq özünü Krakova çatdırıb. Hazırda S.İbrahimovun maddi və mənəvi dəstəyə ehtiyacı var.

Vətəndaşımızı Ukraynada ziyarət etmək istəyən həmvətənlərimiz SKY Hosteldə 2 nömrəli otağa yaxınlaşa bilərlər.

Ünvan: Szpitalna 38, 31-024 Krakov

S.İbrahimovun əlaqə nömrəsi: +994 55 238 83