ABŞ rəsmisi Türkiyəyə gəlir: Ukrayna müzakirə ediləcək

ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman bu gün Türkiyəyə səfər edəcək.

Axar.az xəbə verir ki, səfər çərçivəsində türkiyəli rəsmilərlə ABŞ-Türkiyə əməkdaşlığı, Ukraynanın Rusiya müdaxiləsinə qarşı dəstəklənməsi məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, V.Şerman 4-11 mart tarixlərində Türkiyə ilə yanaşı, İspaniya, Mərakeş, Əlcəzair və Misirə də səfər edəcək.