İti asaraq öldürən 86 yaşlı kişi saxlanıldı

Xaçmazda iti asaraq öldürən 86 yaşlı kişi saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, itin amansızlıqla asılaraq öldürülməsi görüntüləri sosial şəbəkələrdə yayılıb:

“Hadisə fevral ayının 19-da Xaçmaz rayonunda baş verib. Hadisəni törədən şəxs Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal müəyyən edilib. Həmin şəxsin rayonun Gödəkli kənd sakini, 86 yaşlı Balasoltan Daşdəmirov olduğu müəyyən edilib. Həmin gün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) müvafiq tədbir görülüb”.