Səhər saatlarında Zaporojye AES-in yerləşdiyi ərazi rus ordusunun nəzarətinə keçib.
Bu barədə Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.
Qeyd olunur ki, AES-in təhlükəsizliyi üçün vacib olan sistemlər və elementlər işlək vəziyyətdədir. Hazırda radiasiya vəziyyətində heç bir dəyişiklik qeydə alınmayıb.