İddia: Rusiya Ukraynaya suriyalı döyüşçüləri cəlb edir

Rusiya Ukrayna şəhərləri uğrunda döyüşlərə təcrübəli suriyalı döyüşçüləri cəlb edir.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.

Qəzet adı açıqlanmayan bəzi yüksək rütbəli Amerika rəsmilərinə əsaslanaraq, Moskva rəhbərliyinin Ukraynadakı müharibənin gedişatına uyğun olaraq yeni üsullar axtardığını yazıb.

Bildirilir ki, Rusiya Suriyada şəhər döyüşlərində təcrübəsi olan döyüşçüləri xüsusilə Kiyev yaxınlığına toplamaq istəyir və bu insanlara müəyyən maaş təklif edir.

ABŞ rəsmiləri indiyədək neçə suriyalı əcnəbi döyüşçünün toplandığı, bu şəxslərin Ukraynaya nə vaxt göndəriləcəyi kimi təfərrüatın hələlik bəlli olmadığını deyiblər.

Qeyd edək ki, bundan öncə Rusiyanın suriyalı muzdlu döyüşçüləri Ermənistan vasitəsilə Ukraynaya daşıdığı haqda iddia yayılmışdı.