Son sutkada 12 min insan döyüşmək üçün qayıtdı

Son sutka ərzində Ukraynaya 12 min ukraynalı gəlib, onlar tezliklə müdafiə qüvvələrinə qoşulacaqlar.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin Feysbuk səhifəsində məlumat verilib.

“Son sutka ərzində Ukraynaya 14,5 min nəfər gəlib. Onlardan, demək olar ki, 12 mini tezliklə müdafiə qüvvələrinə qoşulacaq ukraynalıdır. Biz vətənlərini müdafiə etməyə gedən həmvətənlərimizlə fəxr edirik!” – qeyd edilib.