Putin Qərbin silahlarını separatçılara verəcək

Rusiya Prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyqunun Ukraynadakı müharibədə rusiyalı hərbçilərin əlinə keçən Qərb istehsalı olan silahların “Donetsk” və “Luqansk Xalq Respublikalarının” hərbçilərinə verilməsi təşəbbüsünü dəstəkləyib.

Bu barədə prezident Putin Təhlükəsizlik Şurası iclasında bildirib.

“Rusiya ordusunun əlinə keçən silahların, xüsusən də Qərb istehsalı olan silahların tədarükünə gəlincə, əlbəttə ki, mən onların Luqansk və Donetsk Xalq Respublikalarının hərbi hissələrinə verilməsinin mümkünlüyünü dəstəkləyirəm”, – deyə Rusiya lideri vurğulayıb.