Ukrayna 5 yaşayış məntəqəsini azad etdi

Ukrayna ordusu Çerniqovun 5 yaşayış məntəqəsini azad edib.

Bu barədə Ukraynanın “Şimal” operativ komandanlığı məlumat yayıb.

Bildirilib ki, Rusiya silahlı dəstələri bütövlükdə döyüş qabiliyyətində deyil:

“Zabit heyəti arasında vahimə var. Hesab edirlər ki, ali hərbi-siyasi rəhbərlik onları atıb. Artıq Çerniqovun yaşayış məntəqələrində Ukraynanın dövlət bayrağı dalğalanır. Rusiyanın ələ keçirilən iki zirehli döyüş maşını bundan sonra Ukraynaya xidmət edəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Derqaç şəhərini Rusiya hərbçilərindən tamamilə azad edib.