Kadırov Mariupoldakı ukraynalılara təslim olmaq üçün vaxt verdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın mühasirəyə alınmış Mariupol şəhərindəki döyüşçüləri dərhal təslim olmağa çağırıb.

Kadırov Telegram kanalında yazıb:

“Bu gecə gec olacaq. Sizi təhlükəsizliklə təmin edəcəyik. Mariupolun ətrafında və içərisində 5000 ən yaxşı çeçen döyüşçümüz var. Heç olmasa bir dəfə mülki vətəndaşlar və şəhər naminə kişi kimi addım atın.

Yenə deyirəm – axşam gec olacaq”.

Xatırladaq ki, dünən Ramzan Kadırovun Ukraynaya getdiyi və orada hansısa sığınacaqda çeçen komandirlərlə müzakirə apardığını əks etdirən videogörüntü yayılıb.