Çinə təzyiq göstərmək və onun daxili işlərinə qarışmaq cəhdləri uğursuzluğa düçar olacaq.
Bu barədə Çin Mərkəzi Kommunist Partiyasını Siyasi Bürosunun məlumatında deyilir.
“ABŞ-ın Tayvanla bağlı fəaliyyəti vahid Çin prinsipini tanımaq ritorikasına uyğun gəlmir. Hazırkı vəziyyətdə Çin və ABŞ arasında dialoqun intensivləşməsi hər iki tərəfin maraqlarına uyğundur”, – deyə bildirilib.