ABŞ Qazaxıstandan Ukrayna üçün S-300 istəyib?

ABŞ Qazaxıstana S-300 zenit-raket komplekslərinin Ukraynaya mümkün tədarükü üçün müraciət etməyib.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov deyib.

“Heç vaxt belə bir müraciət olmayıb və ola da bilməz. Mən sizə zəmanət verirəm ki, bizə belə bir müraciət olmayıb və olması ehtimalı da azdır”, – Jaksılıkov bildirib.

Qeyd edək ki, dünən CNN telekanalı ABŞ Dövlət Departamentinin hansı ölkələrdə S-300 raketlərinin olduğunu müəyyən etməyə çalışdığı və komplekslərin Ukraynaya çatdırılmasının yollarını araşdırdığı ilə bağlı məlumat yaymışdı.