“Rusiyadan deyil, Azərbaycandan asılıyıq!”

“2021-ci ildə Gürcüstanda Rusiya qazının payı ümumi idxalın 15%-ni, elektrik enerjisinin isə müvafiq olaraq 7%-ni təşkil edib. Ölkə Rusiyadan asılı deyil”.

Bu sözləri Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Komissiyasının (GNERC) rəhbəri David Narmaniya deyib.

“Uzun illərdir ki, Rusiyadan təbii qaz idxalı 10%-i ötmür. Təbii qazın 90%-ə qədərini Azərbaycandan alırıq. Ölkəmizin yerləşdiyi coğrafi mövqeyə görə, başqa mənbəmiz (qaz – red.) və qonşularımız yoxdur”, – Narmaniya bildirib.