Ağcabədiyə yeni prokuror təyin edilib

Vüqar Hacıyev Ağcabədi rayon prokuroru vəzifəsinə təyin olunub.

Zafertv.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Baş Prokurorluğun Mətbuat Xidməti məlumatı təsdiqləyib.

Qeyd edək ki, V.Hacıyev bu təyinata qədər Şəki rayon prokurorunun müavini vəzifəsində çalışıb.