Dünyanın ən xoşbəxt ölkəsinin adı açıqlanıb

Finlandiya ardıcıl beşinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.

Kult.az xəbər verir ki, bu barədə Dünya Xoşbəxtlik Hesabatında məlumat yayılıb.

Məlumata görə, ən xoşbəxt ölkələrin ilk onluğuna Danimarka, İslandiya, İsveçrə, Niderland krallığı, Lüksemburq, İsveç, Norveç, İsrail və Yeni Zelandiya daxildir. Siyahıda ABŞ 16-cı, Böyük Britaniya 17-ci, Fransa 20-ci yerdədir.

Qeyd edək ki, sözügedən hesabatı BMT hazırlayır. Seçim 146 ölkə arasında aparılır. Qiymətləndirmə zamanı uzunömürlülük, sosial dəstək, korrupsiya və digər göstəricilər nəzərə alınır.