Ukrayna hərbçiləri işğalçıların 14 hava hədəfini vurub

Son sutka ərzində Ukrayna hərbçiləri işğalçıların 14 hava hədəfini vurub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb.

“Hava qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr vurmaqda davam edir. Düşmənin zirehli texnika və avtomobil karvanına aviasiyamız tərəfindən zərbələr endirilib. Zenit-raket qoşunlarınız işğalçıların daha 14 təyyarəsini vurublar, onların növü müəyyən edilir. Beləliklə, martın 17-də düşmənin 7 təyyarəsi, 1 helikopteri, 3 PUA-sı və 3 qanadlı raketi məhv edilib”, – məlumatda qeyd olunub.