Xarkovda casusluq edən iki nəfər saxlanıldı

Ukrayna sərhədçiləri Xarkov vilayitində Rusiyaya casusluq edən iki nəfəri yaxalayıblar.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Bildirilib ki, şəxslərdən biri Xarkovda Ukrayna ordusunun müdafiə mövqelərinin fotosunu çəkərək Rusiya tərəfinə ötürürmüş.

Digər şəxs isə Xarkov vilayətinin yaşayış məntəqələrindən birində ələ keçib.