ABŞ hərbi gəmisini Polşaya göndərib

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Forrest Sherman” esminesi Polşanın Qdansk şəhərinə gəlib.

Bu barədə Polşanın TVN24 agentliyi məlumat yayıb.

Gəminin göyərtəsində reaktiv yaylım atəşi sistemi və müxtəlif çaplı silahların olduğu bildirilir.

Qeyd olunur ki, səfərin məqsədi Amerikanın regionda mövcudluğunu nümayiş etdirməkdir. Gəmi martın sonuna qədər Polşada qalacaq.