Ayaz Mütəllibov dəfn edildi

Bu dəqiqələrdə Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovla vida mərasimi başa çatıb.

Avrasiya.net xəbər verir ki, eks-prezidentlə vida mərasimi Dövlət Təhlükəsizlik Xidmətinin Şəhriyar adına Mədəniyyət Sarayında gerçəkləşib. İslam dinin qaydalarına uyğun olaraq əvvəlcə dini ayinlər icra olunub. Eks-prezidentin ruhuna dualar oxunub. Daha sonra mərhum prezident dəfn olunmaq üçün birinci Fəxri Xiyabana yola salınıb.

Ayaz Mütəllibovun dəfni bu gün saat 15:00-da Birinci Fəxri Xiyabanda baş tutacaq.

Qeyd edək ki, 84 yaşlı Ayaz Mütəllibov ötən gün dünyasını dəyişib. O, 1991-92-ci illərdə Azərbaycana rəhbərlik edib.

***

Müstəqil Azərbaycanın ilk prezidenti olmuş Ayaz Mütəllibov Birinci Fəxri Xiyabanda dəfn olunub.

Əvvəlcə mərhum eks-prezidentin ruhuna dualar oxunub.

Daha sonra din xadimi “Yasin” surəsindən ayələr səsləndirilib.

Dəfn mərasimində Ayaz Mütəllibovun ailə üzvləri, doğmaları, eləcə də tanınmış ictimai-siyasi xadimlər də iştirak ediblər.