Əməliyyat hədəfə çatana qədər davam edəcək – Şoyqu

Ukraynada xüsusi hərbi əməliyyat qarşıya qoyulan məqsədlərə çatana qədər davam edəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, Rusiya hərbçiləri “xüsusi əməliyyat” zamanı Ukraynanın “luqansk və donetsk xalq respublikalarının” əhalisinə dinc həyat qurmalarında fəal kömək edir:

“Biz “lxr”, “dxr” və təbii ki, Ukrayna əhalisinə fəal şəkildə humanitar yardım göstəririk. Artıq 684 humanitar aksiya həyata keçirilib. 210 yaşayış məntəqəsinə 6079 ton yük çatdırılıb”.