Kremldən Kadırova general-leytenant rütbəsinin verilməsinə reaksiya

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırova general-leytenant rütbəsinin verilməsi ilə bağlı fərmanı hələ görmədiyini bildirib.

Ria Novosti xəbər verir ki, Peskov bu haqda jurnalistlərə açıqlamasında bildirib.

O, müvafiq sənədin dərc olunub-olunmayacağı ilə bağlı sualı cavablandırarkən, “təəssüf ki, hələ heç nə deyə bilmərəm, fərmanı görməmişəm” deyib.

Prezidentinin mətbuat katibi onu da qeyd edib ki, “möhürlü qapalı sənədlər” də var.

“Açıqdırsa, təbii ki, dərc olunacaq. Qapalı fərmanlar da var. Onlar dərc olunmur”, – Kreml sözçüsü əlavə edib.

Bundan əvvəl Çeçenistan parlamentinin spikeri Maqomed Daudov Kadırovun müvafiq ada layiq görüldüyünü açıqlamışdı.