Rus ordusu bu şəhərdən 40-60 kilometr geri çəkildi

Ukrayna müdafiə qüvvələri rus qoşunlarını Krivoy Roqdan 40-60 kilometr geriyə sıxışdırıblar.

Bu barədə Krivoy Roq hərbi administrasiyanın rəhbəri Aleksandr Vilkul bildirib.

“Ukrayna Silahlı Qüvvələri bölgədə daha bir neçə yaşayış məntəqəsini azad edib, təmas xətti Xerson vilayəti ərazisinə keçirilib. Döyüşlər nəticəsində Ukrayna hərbçiləri düşmənin texnikasını ələ keçirib. Krivoy Roqda vəziyyət sabitdir. Gördüyünüz kimi, şəhər yaşayır və işləyir”, – Vilkul bildirib.