Rusiya buna görə Ukraynaya hücum etdi

Rusiya imperialist baxışlarına görə Ukraynaya hücum etdi.

Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Düz danışmaq lazımdır, Rusiya hədsiz imperalist baxışlarına görə Ukraynaya hücum etdi. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ərazi tutmağa istiqamətlənib. Biz bunu qəbul etmirik və etməyəcəyik. Vəziyyət olduqca ciddi və təhlükəlidir”, – Şolts bildirib.