Məktəb çöküb, ölənlər var?

Naxçıvanın Nehrəm qəsəbəsində 3 saylı məktəbin təmir zamanı çökməsi və ölənlərlə bağlı yayılan məlumat araşdırılır.

Bu barədə Axar.az-a Naxçıvan MR Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Naxçıvan Daxili İşlər Nazirliyindən saytımıza hadisənin baş verdiyi təsdiqlənib. Bildirilib ki, nəticədə ölənlər yox, yaralananlar var.

Qeyd edilib ki, hər hansı informasiya olarsa, bu haqda əlavə məlumat veriləcək.

Xatırladaq ki, sosial şəbəkələrdə Naxçıvanda 3 saylı məktəbin təmir zamanı çökməsi və nəticədə ölənlərin olması barədə məlumat yayılıb.