Küçədən yeni doğulmuş körpə meyiti tapıldı

Bakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb.

Lent.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, “8-ci kilometr” bazarı ərazisində qeydə alınıb.

Həmin ərazidə yaşayış binalarının arasından torbada təzə doğulmuş körpə meyiti aşkarlanıb. Meyit qız uşağına məxsusdur. Körpənin kim tərəfindən küçəyə atıldığı hələlik bilinmir. Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.