Rusiya döyüşə 16 min suriyalı gətirir

Yüzlərlə suriyalı döyüşçü Rusiya tərəfində Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya yollanır. Onlardan ilk 300-ü artıq ölkəyə çatıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, onlar Ukraynaya göndərilməzdən əvvəl Rusiyada hərbi təlim keçiblər. Söhbət Suriya müharibəsi zamanı Suriyada Bəşər Əsədin tərəfində vuruşan hərbi birləşmələrindən gedir. Daha çox yaraqlının yolda olduğu bildirilir:

“Suriyalı yaraqlıların müharibədə iştirakının motivi puldur. Onlara söz veriblər ki, döyüş əməliyyatlarında iştirak etməyəcəklər, məsələn, anbarların və ya yanacaq bazalarının mühafizəsini onlara həvalə edəcəklər. Ruslar Ukraynadakı müharibəyə 16 min suriyalı cəlb etmək istəyir. Onlar 20-45 yaş arası, çəkisi 50-90 kq arasında kişilər olmalıdır. Döyüş təcrübəsi olanlara üstünlük verilir. Onlara ayda 1000-2000 dollar maaş vəd edirlər”.