Ruslar humanitar karvanı vurdu: ölənlər var

Rus işğalçıları Çerniqov vilayətinə humanitar yardım aparan iki karvanı atəşə tutub.

Bunu gənc fəal Anton Senenko deyib.

“Xəbərlər gəldi ki, ruslar Çerniqov vilayətinə humanitar yardım aparan və insanları təxliyə etməyə gedən iki maşın karvanını atəşə tutublar. Bir neçə fəal həlak olub, daha bir neçə nəfər isə yaralanıb. Maşınlar da tamamilə yanıb”, – Senenko bildirib.