Ukrayna ordusu 11 yaşayış məntəqəsini azad etdi

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 11 yaşayış məntəqəsini azad edib.

Axar.az xəbər verir ki, bu barədə “Cənub” operativ komandanlığı məlumat yayıb.

“Novovorontsovka, Malaya Şesternya, Novoqriqorovka, Topolinoe, Knyazevka, Krasnovka, Svobodnoe, Kamenka, Priqorye, Koçubeevka, Orlovo əraziləri düşməndən azad edildi”, – məlumatda qeyd olunub.

Bundan başqa Ukrayna ordusu qənimət olaraq tam döyüş komplekti ilə birlikdə T-64 tankı, PDM-2, BMD-2, ZU-2M ələ keçirib.