Xalq artisti vəfat etdi

Xalq artisti Zülfüqar Abbasov vəfat edib.

Kult.az xəbər verir ki, bu barədə xalq artsitinin yaxınları məlumat verib.

Bildirilib ki, o, uzun sürən xəstəlik səbəbindən 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Z.Abbasov 1940-cı il may ayının 3-də Gürcüstan SSR-də Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olub. 1966-cı ildə Bakı Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirib. O, rejissor kimi əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Sonra Mingəçevir Dövlət Dram Teatrı, Qazax teatrlarında-baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb.