Zelenski iki generalın “poqonlarını sökdü”

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin iki generalını rütbələrindən məhrum edib.

Axar.az xəbər verir ki, o, bu barədə Teleqramda məlumat verib.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi Andrey Naumov və Xerson vilayəti üzrə Silahlı Qüvvələrin keçmiş rəisi Sergey Krivoruçko rütbələrini itiriblər.

Vladimir Zelenski onları anti-qəhrəman və satqın adlandırıb:

“Mənim indi bütün xainlərlə məşğul olmağa vaxtım yoxdur, amma deyə bilərəm ki, tədricən onların hamısı cəzalandırılacaq”.