Buçada qətliam törədən rus hərbçilərinin adları açıqlandı

Ukrayna kəşfiyyatı Kiyev vilayətinin Buça şəhərində mülki əhaliyə qarşı hərbi cinayətlər törətmiş 64-cü motoatıcı briqadanın hərbçilərinin siyahısını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında qeyd olunub ki, Ukraynanın mülki əhalisinə qarşı törədilən cinayətlərə görə bütün hərbi cinayətkarlar cavab verəcəklər.