Daha iki ölkə 45 rus diplomatı qovdu

AB ölkələrində rusiyalı diplomatlar üçün deportasiya əmrləri davam edir.

Axar.az xəbər verir ki, İtaliyanın xarici işlər naziri Luici Di Maio 30 rus diplomatın milli təhlükəsizlik səbəbilə ölkədən çıxarıldığını açıqlayıb.

Bundan əvvəl Danimarka 15 rus diplomatının deportasiya qərarını verdiyini açıqlamışdı.

Qeyd edək ki, ötən gün Almaniya 40, Fransa isə 30 rus diplomatı “arzulanmaz şəxs” elan edib.