“Kalibr” raketi adi mərmi ilə vuruldu – Ukrayna

Rusiya ordusuna məxsus “Kalibr” raketi adi artilleriya məmisi ilə vurulub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Donanması məlumat yayıb.

“Dünyada analoqu olmayan ordudan danışırsınız? Bildiririk ki, dünən Ukrayna Hərbi Dəniz Donanmasının bazalarının birində elə də yeni olmayan topla Rusiyanın “Kalibr” raketi vuruldu”, – məlumatda qeyd olunub.