Sarayevo mühasirəsindən 30 il ötür

Dünyanın ən uzunmüddətli mühasirəsi olaraq tarixə düşən Sarayevo mühasirəsi 30 il əvvəl bu gün – 1992-ci il aprelin 5-də başlayıb, 1425 gün davam edib.

Modern.az xəbər verir ki, Yuqoslaviya Xalq Ordusu, daha sonra Serb Respublikası Ordusunu təşkil edən Bosniya serb qüvvələrinin Sarayevonu 1996-cı il fevralın 29-dək davam edən mühasirəsi zamanı 1601-i azyaşlı olmaqla ümumilikdə 11 min 541 şəhər sakini həlak olub, 56 min nəfər yaralanıb.

Suada Dilberoviç və Olqa Suçiç adlı iki tələbənin serbiyalı snayper tərəfindən vurulması ilə başlayan mühasirə zamanı Sarayevoda yaşayan 65-80 min azyaşlının 40 faizi birbaşa serb snayperləri tərəfindən hədəfə alınıb, 19 faizi isə törədilən qırğınların şahidi olub. Sarayevo mühasirəsinin son mülki qurbanı isə 1996-cı il yanvarın 9-da Bosniya və Herseqovina parlamentinin binası yaxınlığında tramvaya hücum zamanı həlak olan Mirsada Duriç olub.

Daha sonra sülh müqaviləsi imzalanıb, lakin hücumun səbəbkarları hələ də müəyyən edilməyib.