Müharibə nəticəsində Kiyevdə ziyan dəyən binaların sayı açıqlanıb

Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları nəticəsində Ukraynanın paytaxtı Kiyevdə dağılan və ziyan dəyən binaların sayı açıqlanıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, məlumatı Kiyev şəhər administrasiyası yayıb.

Bildirilib ki, Rusiyanin hərbi əməliyyatları nəticəsində şəhərdə 208 yaşayış, 46 məktəb binasına, bir uşaq evinə ziyan dəyib: “13 administrativ bina, 2 idman obyekti, sosial sahəyə dair 5 obyekt, 17 səhiyyə müəssisəsi, 10 mədəniyyət ocağının binası, 48 nəqliyyat infrastruktur obyekti də dağıntıya məruz qalıb”.

Məlumata görə, bütün obyektlər qeydə alınacaq, mütəxəssislər dəyən ziyanın dərəcəsini müəyyənləşdirəcək, bundan sonra onların bərpası başlayacaq.