Rus qoşunları şərqə yerləşdirilir – Kəşfiyyat

Rusiya qüvvələrinin Ukraynanın şimalından tamamilə çıxarılması və başqa yerlərdə döyüşmək üçün yenidən yerləşdirilməsinə ən azı bir həftə lazım olacaq.

Bu barədə Britaniyanın hərbi kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, şimalda Rusiya qoşunları Ukraynadan tam olaraq Belarus və Rusiyaya çəkilib:

“Bu qüvvələrin ən azı bir hissəsi Donbasda hərbi əməliyyatlar aparmaq üçün Ukraynanın şərqinə köçürüləcək. Qüvvələrin bir çoxu şərqə yerləşdirilmədən öncə əhəmiyyətli gücləndirmə tələb edir, şimaldan istənilən kütləvi yerdəyişmə ən azı bir həftə çəkə bilər”.

Qeyd olunur ki, Rusiya şərq və cənubdakı şəhərləri atəşə tutmağa davam edir:

“Rusiya qüvvələri İzyum şəhərindən cənuba doğru hərəkət edir”.