Azərbaycanda təhlükəli qidalar izləniləcək

“Qida təhlükəsizliyi haqqında” qanunda təhlükəli qidaların izlənilməsi məsələsi əksini tapıb. Qanun qəbul edildikədn sonra bununla bağlı müvafiq qaydalar tətbiq ediləcək”.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, qida məhsullarının zənginləşdirilməsi ilə bağlı məsələlər də öz əksini tapacaq: “Mütləq qida məhsullarının etiketlənməsinə ciddi fikir verilməlidir. Bu halların qarşısının alınması ilə bağlı işlər öz həllini tapacaq”.

AQTA sədri bildirib ki, təhlükəli qidaların reyesteri istehlakçılar üçün açıq olacaq: “Onlar reyesterə daxil olaraq hansı qidaların təhlükəli qida olduğunu biləcəklər”.