50-ci gün: Rusiyanın itkiləri açıqlandı

Müharibənin 50-ci günü üçün Rusiyanın itkiləri haqda məlumat yenilənib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya müharibə başlayandan bəri 19,9 min əsgər, 753 tank, 1968 hərbi zirehli maşın, 366 artilleriya sistemi, 122 reaktiv yaylım atəş sistemi, 64 HHM sistemi, 160 təyyarə, 144 helikopter, 1437 avtomobil texnikası, 7 gəmi/kater, 76 yanacaq-sürtkü sisterni, 134 PUA, 25 xüsusi texnika və 4 operativ taktiki raket kompleksi itirib.