ABŞ universitetindən 90 min dollar təqaüd qazanan tələbə – “Məqsədə çatmaq kiçik addımlardan başlayır” – ÖZƏL MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi azərbaycanlı tələbə Rəşad Əhmədov ABŞ-ın nüfuzlu universitetindən 90 min ABŞ dolları təqaüdü qazanıb.

 

Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi olan Rəşad Roçester Universitetinin doktorantura pilləsində tam təqaüdlə təhsil almaq imkanı əldə edib.

 

Rəşad Əhmədov ilə əlaqə yaradıb, bu sevindirici xəbərlə bağlı fikirlərini öyrənməyə çalışdıq. Beləliklə, maraqlı söhbətimiz başladı.

 

– Rəşad, siz Ali Neft Məktəbinə yüksək balla daxil olmusuz və sonda ABŞ-ın nüfuzlu universitetində doktarantura pilləsi üzrə təhsilinizi davam etdirəcəksiz. Qarşınıza qoyduğunuz ən böyük məqsəd hansıdır? Kimya mühəndisliyində hansısa yeniliyə imza atmaq fikriniz varmı?

– Məqsədə çatmaq üçün kiçik addımlar atmaq lazımdır. Mən də hər zaman yaxşı işlərimlə insanların həyatına təsir göstərməyi bacarmışam. O ki, qaldı yeniliklərə əlbəttə fikrimdə olan müəyyən addımlar var. Mənə düşən də distplinlə, səbrlə bu məqsədlərimə doğru addımlamaqdır. Əsas da odur ki, məqdəslərə çatdıqdan sonra cəmiyyətə və insanlara köklü dəyişikliklər etməkdir. Bu da ilk olaraq təhsildən qaynaqlanır. Təhsil zamanında həm lokal, həm beynəlxalq arenalarda özünü göstərməlisən. Mən də öz məqsədlərimə buradan başladım. Universtetdən qoşulduğum qurumlar, könüllü təşkilatlar, başqa qurumlarla birgə işlər məni daha da irəli apardı.

 

– Nə düşünürsüz, belə təşkilatlara qoşulan bütün tələbələr uğur qazana bilirmi? Yoxsa, bu fərddən asılıdır.

 

– Öncəliklə onu demək istərdim ki, universitet sadəcə bizə verdiyi kitablardan ibarət deyil. Elə bizim univeritetdə də bir sıra təşkilatlar var ki, orada iştirak edib, özümüzü təkmilləşdiririk. Tələbələrə də demək istəyirəm ki, universitetə daxil oldumsa mən artıq mütəxəssisəm deməsinlər. Məsələn məndən beş il sonra soruşsalar ki, universtetdə ən böyük qazancın nədir? Mən “öyrənməyi necə öyrəndim” deyərdim. Tələbələrə də deyəcəyim odur ki, kommunikasiya bacarıqlarını artırıb, özlərini hər cəhətdən inkişaf etdirsinlər.

-Bir az gələcək planlarınız haqqında danışın. Düzdür, deyir sonunu fikirləşən qəhrəman olmaz, amma oxuculara çox maraqlıdır, Rəşad təhsilini başa vurduqdan sonra fəaliyyətini harada davam etdirmək istəyəcək? Vətənə qayıdıb hansısa yeniliklərə imza atıb, karyera imkanlarından istifadə edəcək, yoxsa ABŞ-da qalıb peşəsi üzrə daha da yeni biliklərə yiyilənəcək?

 

– Konkret indidən nəsə demək çətindir. Çünki dünya çox sürətlə dəyişir. Bizim də çatmalı olduğumuz hədəflər çoxdur. Buna görə də dünyaya ayaq uydurmaq lazımdır. Yəni əsas olan gələcəyə fokuslanmaqdır. Hər şeyi gələcək göstərəcək.

 

-Şablon olsa da sizə bir sualla müraciət etmək istəyirəm. Maraqlıdır, ilk dəfə bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz və ailəniz bunu necə qəbul etdi? Çünki ABŞ uzaq bir ölkədir, sizə dəstək oldular yoxsa məyusluq keçirdilər?

– Bizim aramızda saat fərqi var vəxəbər gələndə səhər saat 4-5 radələri idi. Mən ismarıcı o saatlarda aldım, həmin an sevincimdən yerı- göyə sığmırdım. Dərhal valideynlərimə dedim sonra məni universitetdən də təbrik etdilər. Tələbə yoldaşlarım, yaxınlarım, hər kəs. Valideynlərim bütün işlərimdə mənim dəstəkçim olublar. İndiyədək bütün uğurlarımı onlara borcluyam. Onlar hər zaman mənim seçimlərimə güvəniblər, yanımda olublar. Düzdür, məndə uzun müddət ayrı qalacaqlarına görə pis oldular, bu da aradakı məsafəyə görədir. Amma onların dəstəyini hər zaman hiss edirəm.

 

– Maraqlıdır, ABŞ-da olanda Azərbaycandan ən çox kimin və nə üçün darıxacaqsız? Çünki bu iki ölkə arasında həm həyat tərzi, həm, düşüncə, təfəkkür, qida mədəniyyəti və digər sahələrdə böyük fərq var.

 

– Çox maraqlı və fərqli sualdır. Həmin universtetdə olanlarla əlaqə qurmuşam. İndidən orda da dostlarım var. Darıxmağa gəldikdə isə əlbəttə ailəm üçün darıxacağımı hiss edirəm. Ümumilikdə isə burda olan hər şey və hər kəs üçün darıxacam. Çünki burda yaşamışam, onlara öyrəşmişəm. Amma bu hisləri hələki tam ifadə etmək çətindir. Darıxacağımı daha aydın Amerikaya gedəndə hiss edəcəm.

 

-Suallarımızı cavablandırdığınıza görə sizə təşəkkür edirik. Sizə həyatınızda, təhsilinizdə uğurlar arzulayırıq.

 

– Minnətdaram.

//Ednews//