Hindistanda yanğın baş verdi: 6 ölü, 13 yaralı

Hindistanın Andhra Pradeş ştatında əczaçılıq fabrikində yanğın baş verib.

Axar.az xəbər verir ki baş verən yanğın nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb.

Polisdən verilən açıqlamada əyalətin dərman fabrikində kimyəvi maddə sızması nəticəsində meydana gələn partlayış nəticəsində yanğının baş verdiyi bildirilib.