İrəvan rus qazının pulunu rublla ödəyir – Kerobyan

Ermənistan Rusiya qazı üçün ödənişləri rublla həyata keçirməyə başlayıb.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaqan Kerobyan bildirib.

“Biz milli valyutalara doğru hərəkət etməliyik. Bildiyimə görə, son bir neçə ödəniş rublla olub, lakin müvafiq məzənnə ilə”, – Kerobyan bildirib.