Siyavuş Novruzov: “ABŞ-da Azərbaycandakı qədər internet azadlığı mövcuddurmu?!”

“Azərbaycanda çox geniş internet azadlığı var. Hətta bundan sui-istifadə də edirlər. ABŞ-da bu qədər internet azadlığı mövcuddurmu?!”

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

“Azərbaycanda sərbəst toplaşma azadlığına irad bildirirlər. Özlərində hansı toplantıya icazə verilib? Seçki dövründə Trampın tərəfdarları bu azadlıq hüququndan istifadə edib toplaşmırdı?! Polis zorakılığından danışırlar. Ən böyük polis zorakılığı ABŞ-ın özündədir. Qaradərililərə qarşı hansı zorakılıqlar edilir, görülür. Azərbaycandakı həbsxanalarda olan vəziyyətə irad bildirirlər. Əslində, özlərində olan Quantanamo həbsxanası işgəcəncə nümunəsidir. Keçmiş monqollar belə bu cür işgəncələr etməyiblər. Bu cür yanaşma ilə hər hansı bir ölkə haqqında məlumat verməzdən əvvəl özlərininki ilə müqayisə etsinlər”, – o vurğulayıb.