Slovakiyanın müdafiə naziri Putini Hitlerə bənzətdi

Slovakiyanın müdafiə naziri Yaroslav Nad Rusiyanın Ukraynaya müdaxiləsinə görə Putini Adolf Hitlerlə müqayisə edib.

Nazir bunu “Nyu York Tayms” qəzetinə şərhində deyib.

Yaroslav Nadın fikrincə, Vladimir Putin Hitlerə bənzər simadır və onun təcavüzü Qərbə keçməzdən əvvəl Ukraynada dayandırılmalıdır.

“Ukrayna sözün əsl mənasında bizim gələcəyimiz üçün mübarizə aparır”, – Yaroslav Nad deyib.

Bundan əvvəl Slovakiyanın S-300 hava hücumundan müdafiə sistemini Ukraynaya ötürdüyü bildirilirdi.