Ukraynanı 4,8 milyon insan tərk etdi

Ukraynada hərbi əməliyyatların başladığı gündən, yəni fevralın 24-dən aprelin 14-dək ölkəni 4,8 milyona yaxın qaçqın tərk edib.

Axar.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib.

Qeyd olunub ki, son sutka ərzində 56 421 nəfər Ukraynadan gedib.