Vətəndaşların bank hesablarından pul OĞURLANDI

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə aprelin 6-da Bakı şəhər sakinləri E.Manafovun 1000,  İ.İbrahimovun isə 120 manat pullarının bank hesablarından oğurlanması barədə müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nemət Cabbarov və Ağcabədi rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Namiq Mehdiyev müəyyən edilərək saxlanılıblar

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.