AB ölkələri limanlarını Rusiya gəmiləri üçün bağladı

Avropa Birliyinin bütün ölkələri öz limanlarını Rusiya gəmiləri üçün bağlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

“AB-nin ruslara qadağa ilə bağlı direktivi qüvvəyə minib. Bu qadağa Rusiya bayrağı altında qeydiyyatdan keçmiş bütün gəmilərə şamil edilir”, – Yermak bildirib.

O əlavə edib ki, müəyyən istisnalar var və məhdudiyyət SOS siqnalı (Mayday) göndərən gəmilərə şamil edilməyəcək. Onlarla bağlı qərarlar fərdi qaydada qəbul ediləcək.