Rusiya daha iki MiQ-29, bir Su-25 vurdu

Rusiya HHM qüvvələri Ukraynaya aid daha iki MiQ-29, bir Su-25 təyyarəsi vurub.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya MN rəsmisi İqor Konaşenkov deyib.

O bildirib ki, MiQ-29-lar İzyum yaşayış məntəqəsində, Su-25 isə Andeyevkada vurulub:

“Həmçinin son sutkada Ukraynanın 11 PUA-sı məhv edilib”.

Qeyd edək ki, Rusiya MN ötən gün Xarkov vilayətinin Fedorovka və Zavod kəndləri yaxınlığında Ukraynanın iki MiQ-29 təyyarəsinin vurulduğunu bildirmişdi.